Bakı. Günaydın:
Laçın rayonu Qayğı qəsəbəsi ərazisində abadlıq işlərinə
başlanılır.
Trend-in əldə
etdiyi məlumata görə, abadlıq işləri çərçivəsində qəsəbə daxili
yolların cari təmiri və daxili işıqlandırma işləri həyata
keçiriləcək.
Məlumata görə, artıq bunula bağlı Laçın Rayon İcra Hakimiyyəti
Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
bir müddət əvvəl sözügedən işlərin layihə-smeta sənədlərinin
hazırlanmasını yekunlaşdırıb.
Qurum qəsəbədə qeyd olunan abadlıq işlərini
“Avtoyoltikintiservis” Məhdud Məsuliyyətli Cəmiyətinə (MMC) həvalə
edib və müqavilə bağlayıb.
<!—->
<!––>
Müqaviləyə əsasən, şirkətə 696,2 min manat ödənilib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli
bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana
qaytarılıb.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror
əməliyyatlarından sonra isə Qayğı qəsəbəsi, Ağanus, Dəyirmanyanı,
Ərəb, Malxələf, Məlikpəyə, Mığıdərə, Unannovu kəndləri yenidən
Azərbaycanın suverenliyinə keçib.