Bakı. Günaydın:
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların
İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye
Parkında indiyədək 326 milyon manatlıq məhsul satışı həyata
keçirilib.
Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.
Məlumata görə, bunun 84%-dən çoxu, yəni 276,6 milyon manatlıq
hissəsi ixrac edilib.
<!—->
<!––>
Bildirilib ki, Sənaye Parkında görülmüş işlərə ümumilikdə 159
milyon manat investisiya yatırılıb, 570 nəfər daimi işlə təmin
edilib.
Qeyd edək ki, Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil
və yüngül sənayenin inkişaf etdirilməsidir.
Park Dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə
yaradılıb.