Bakı. Günaydın:
Paytaxtın Yasamal rayonu ərazisində azyaşlı qızın mobil
telefonunun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə
məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 22
yaşlı B.Bukavadze və bir nəfər yeniyetmə müəyyən edilərək
saxlanılıblar.
Araşdırma aparılır.