Bakı. Günaydın:
Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının
etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə
polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32
yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.