Bakı. Günaydın:
Suriyanın Latakiya vilayətinin Daxili Təhlükəsizlik İdarəsi cümə
günü yerli vaxtla səhər saat 10:00-a qədər komendant saatı tətbiq
edib.
Trend-in məlumatına görə, bu bəradə “SANA” agentliyi xəbər
verib.
<!—->
<!––>
Məlumata əsasən, komendant saatı Suriya təhlükəsizlik qüvvələri
ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşma
fonunda tətbiq edilib.
Qeyd edək ki, martın 6-da bir qrup Əsəd tərəfdarı Rusiyanın
Xmeymim aviabazasının yerləşdiyi Cebla şəhərinin kənarında
Suriyanın yeni administrasiyasının daxili təhlükəsizlik idarəsinin
nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. “Əl-Cəzirə”
televiziya kanalı bildirib ki, silahlılarla toqquşmalarda azı 15
Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub.