Bakı. Günaydın:
Ukrayna və Avropa ədalətli və davamlı sülhə nail olmaq
istiqamətində ilkin addımlar üçün plan üzərində işləyir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram
səhifəsində məlumat verib.
“Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlara
dair plan hazırlayırıq və bunun üzərində sürətlə işləyirik. Plan
tezliklə hazır olacaq”, – deyə Zelenski bildirib.
<!—->
<!––>
Prezident vurğulayıb ki, Avropa müharibəni dayandırmaq və
təhlükəsizliyi təmin etmək üçün vahid baxışa malikdir. O, Ukrayna
və ABŞ arasında gələcək danışıqlar masasında müzakirə
olunmalıdır.
Bundan əlavə, Zelenski Ukraynanın ərzaq təşəbbüsünün həyata
keçirilməsindən də danışıb. O bildirib ki, Sloveniya bu təşəbbüs
çərçivəsində Suriya xalqını dəstəkləmək üçün səylərə qoşulub.