Bakı. Günaydın:
Vəkil Adəm Məmmədov həbs edilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.
Qeyd edək ki, Adəm Məmmədov xüsusi ittiham qaydasında, Cinayət
Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə
təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
<!—->
<!––>
Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində
qərar çıxarılıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına
məhkum edib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin
27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay
müddətə dayandırılmışdı.