Bakı. Günaydın:
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu
keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev, idarə, müəssisə və təşkilat rəhbərlərinin eləcədə yerli
icra nümayədənlərinin iştirakı ilə vətəndaşların müraciət və
təkliflərini dinləyib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
<!—->
<!––>
Müraciətlər işlə təmin olunma, tibbi xidmət, yolların təmiri və
torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə
bağlı olub.
Bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib
olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların
şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul
şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə
götürülməsi barədə tapşırıqlar verib.