Bakı. Günaydın:
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə
Avropa Komissiyasının təklif etdiyi Avropanın hərbiləşdirilməsi
üçün 800 milyard avroluq plan (Aİ-nin yenidən silahlanması) barədə
razılığa gəliblər.
Trend-in
məlumatına görə, bu barədə “Agence France-Presse” agentliyi xəbər
verib.
<!—->
<!––>
Martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ
liderlərinə 800 milyard avroluq büdcə ilə icmanı yenidən
silahlandırmaq planı təklif etdiyini açıqladı. Avropa Komissiyası
bu pulu kapital bazarlarından borc götürəcək və sonra Avropadan
birgə silah almaq şərti ilə dövlətlərə kredit şəklində verəcək. Bu
vəsait Aİ-də hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün
silahların istehsalına yönəldiləcək.
Avropa Komissiya həmçinin ölkələrə silah istehsalı üçün daha 650
milyard avro cəlb etmək üçün müdafiə xərclərini 1,5% artırmağı
təklif edib. Bu pul dövlət kreditləri şəklində Aİ ölkələrinin
özləri tərəfindən cəlb edilməlidir.