Bakı. Günaydın:
Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın
paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal
qazanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda fransalı
Raxim Maqamadova 9:2 hesabı ilə qalib gələrək çempion olub.
<!—->
<!––>
Digər güləşçilərimizdən Ceyhun Allahverdiyev finalda
ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub oldu və U23
Avropa çempionatında gümüş medal qazandı.
Ağanəzər Novruzov finalda rusiyalı İsmayıl Xaniyevə (UWW) 4:5
hesabıyla məğlub oldu və U23 Avropa çempionatında gümüş medal
qazandı.