Bakı. Günaydın:
“SOA Leasing” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv
olunur.
Trend-in əldə
etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
MMC-nin hansı səbəbdən bu qərarı qəbul etməsi açıqlanmayıb.
<!—->
<!––>
Yalnız bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini
AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına
bildirə bilərlər.
Qeyd edək ki, sözügedən MMC 2024-cü ildə dövlət qeydiyyatına
alınıb. Nizamnamə kapitalı 136 min manat olan şirkətin qanuni
təmsilçisi Alıyev Ruslan Nizami oğludur.