Bakı. Günaydın:
Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla
Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının
Perinatal Mərkəzində olublar.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Gəncə
şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və
ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal
Mərkəz barədə məlumat verdi.
Qeyd olundu ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan
qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə
yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən
tibb müəssisəsidir.
Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə
Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı
hədiyyə olundu.
Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun
hədiyyələri də təqdim edildi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet
istiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun “Diabetli
uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb
müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, bir
çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt
Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir,
ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.