Bakı. Günaydın:
Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı
Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, 59 kq çəki dərəcəsində çıxış edən idmançımız əvvəlcə belaruslu
Marta Hetmanava üzərində 7:2 hesablı inamlı qələbə qazanıb.
17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuku tam
üstünlüklə (11:1) məğlub edib. Qurbanova sabah finalda (U20) Avropa
və dünya çempionu olmuş italiyalı Aurora Russo ilə
qarşılaşacaq.
<!—->
<!––>
Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli
Svenja Junqoya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya
“tuş”la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli
Songül Kavakla güləşəcək.
Nərgiz Səmədova (55 kq) isə 1/4 finalda almaniyalı Amori Andrixə
“tuş”la uduzub.