Bakı. Günaydın:
Dünən İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı olub.
Videobağlantı formatında açılışda Prezident İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
İğdır- Naxçıvan qaz kəmərinin ölkəmiz üçün
əhəmiyyəti nələr olacaq?
İğdır-Naxçıvan qaz kəməri, Azərbaycanın enerji siyasətində mühüm
rol oynayacaq və regionda enerji təhlükəsizliyinin təmin olunmasına
töhfə verəcəkdir. Qaz kəməri Azərbaycanın enerji şəbəkəsini
gücləndirərək, ölkənin qaz təminatını daha da şaxələndirəcək. Bu
kəmər, Azərbaycanın Naxçıvan Muxtar Respublikasını dayanıqlı və
etibarlı qaz təchizatı ilə təmin edəcək.
Bu layihə, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində
əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq və iki bölgə arasında
ticarət və iqtisadi əlaqələri daha da gücləndirəcək. Həmçinin,
Naxçıvanla əlaqəli digər regional ölkələrə qaz ixracının mümkünlüyü
bu layihə ilə artacaq.
<!—->
<!––>
Mövzu ilə bağlı Trend-ə açıqlamasında enerji məsələləri üzrə
ekspert İlham Şaban bildirib ki, İğdır- Naxçıvan qaz kəməri ölkəmiz
üçün çox əhəmiyyətlidir.
“Kəmərin əsas məqsədi Naxçıvanın enerji təminatının stabilliyinə
nail olmaqdır. 20 il əvvəl 2005-ci ilin noyabırından Naxçıvanın qaz
təminatı İran üzərindən svop layihələri vasitəsiylə həyata
keçirilirdi. Bu günə qədər Muxtar Respublikanın qaz təminatı bu
marşruta bağlıdır. Hansısa fors-major halları olduqda Naxçıvanın
qaz təminatında stabillik yoxdur. Bu baxımdan alternativ marşrutun
ərsəyə gəlməsi Naxçıvanın qaz təhlükəsizliyini artırılması
deməkdir. Bunun nəticəsində artıq Naxçıvanda müstəqillik illərində
özünün enerji təminatını yüksək səviyəyə qaldırmış olur”, –
iqtisadçı əlavə edib.
Ekspert qeyd edib ki, Azərbaycan Naxçıvanın qazla təminatına
görə İrana yüksək məbləğdə pul ödəyir.
“Hər iki ölkə arasındakı görüşlərdə Azərbaycan bu məsələni
qaldırsa da, İran məbləği azaltmırdı. İran bilirdi ki, alternativi
yoxdu və bundan istifadə edirdi. Hazırda alternativin yaranması
İranın mövqelərinin yumşalmasına gətirib çıxaracaq. Bu kəmər enerji
sahəsində rəqabəti gücləndirəcək”, – deyə o vurğulayıb.