Bakı. Günaydın:
Avropada iqtisadi artımın yavaşlaması Mərkəzi Asiyaya təsir
edir, regionun Aİ və digər inkişaf etmiş ölkələrin gəlir
səviyyələri ilə yaxınlaşma imkanlarını məhdudlaşdırır.
Bunu Trend-ə
özəl müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş
iqtisadçısı İvaylo İzvorski deyib.
“Avropa və Mərkəzi Asiya üçün əsas problem iqtisadi artımın
ləngiməsidir. Bu, bizim ölkələrimizdə artım templərinə təsir edir
və nəticədə konvergensiya – Avropa İttifaqı və inkişaf etmiş
ölkələrin gəlirlərinə yaxın səviyyələrə çatmaq imkanı kəskin
şəkildə pisləşib”, – İzvorski bildirib.
Onun sözlərinə görə, bu çətinliklərə baxmayaraq, Azərbaycan
böyük ölçüdə enerji sektorunun sayəsində nəzərəçarpacaq iqtisadi
artım nümayiş etdirib: “Azərbaycan öz karbohidrogen ehtiyatları
sayəsində dünya bazarlarına inteqrasiyada uğur qazanıb”. Lakin
uzunmüddətli perspektivdə yüksək gəlirli statusa nail olmaq üçün
Azərbaycan təbii ehtiyatlardan asılılığını azaltmalıdır.
O qeyd edib ki, buna nail olmaq üçün ölkə iqtisadiyyatı
şaxələnməli və özəl sektor daha mühüm rol oynamalıdır. “Özəl sektor
daha dinamik və dünyaya açıq olmalıdır. Həmçinin təhsil sistemini
təkmilləşdirmək, iqtisadiyyatın bütün sahələrinin səmərəliliyini
artırmaq lazımdır”, – iqtisadçı bildirib.
<!—->
<!––>
İzvorski orta gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə gedən
yolda iki əsas mərhələni qeyd edib. “Birinci mərhələ investisiya
yönümlü modeldən xarici texnologiyaların və təcrübənin cəlb
edilməsinə yönəlmiş modelə keçidi nəzərdə tutur. Azərbaycan indiki
mərhələdədir, lakin o, bu prosesi qeyri-neft sektoruna da
genişləndirməlidir”, – o əlavə edib.
Növbəti mərhələ daxili innovasiyaların inkişafıdır.
“İnnovasiyanın kök salması üçün ölkə ilk növbədə xarici bilikləri
mənimsəməli və öz müəssisələrinin innovasiya potensialını
gücləndirməlidir”, – İzvorski bildirib.
İqtisadiyyatın diversifikasiyası üçün mümkün sahələrdən biri
bərpa olunan enerji sektorudur. Baş iqtisadçı qeyd edib ki, “bərpa
olunan enerji mənbələri təkcə enerji intensivliyinin azaldılmasına
kömək etməyəcək, həm də ekoloji vəziyyəti yaxşılaşdıracaq və yeni
texnologiyaların tətbiqini asanlaşdıracaq”.
İqtisadiyyatın diversifikasiyası üçün mümkün sahələrdən biri
bərpa olunan enerji sektorudur. Baş iqtisadçı qeyd edib ki, “bərpa
olunan enerji mənbələri təkcə enerji intensivliyinin azaldılmasına
kömək etməyəcək, həm də ekoloji vəziyyəti yaxşılaşdıracaq və yeni
texnologiyaların tətbiqini asanlaşdıracaq”.
Bundan əlavə, bərpa olunan enerji layihələri tikinti
mərhələsində əhəmiyyətli kapital qoyuluşu və iş yerləri hesabına
iqtisadi aktivlik yaradır. Tamamlandıqdan sonra onlar daha sərfəli
və etibarlı enerji təmin edir, sabitliyi təşviq edir və enerji
kəsilmələrini azaldır. “Bərpa olunan enerji mənbələrinə keçid
Azərbaycana karbohidrogenlərdən asılılığını azaltmağa kömək
edəcək”, – deyə İvaylo İzvorski yekunlaşdırıb.