Bakı. Günaydın:
Cari ilin fevral ayında Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 120
kiberhücum indikatoru (IOC) müəyyən edib.
Trend XRİTDX-in
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata
istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə
müqayisədə 38 faiz artıb.
<!—->
<!––>
Ümumilikdə cari ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262
kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz
çoxdur. Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət
qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında
müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi
üzrə 95,895 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi
vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi
vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok
edilib”, – deyə hesabatda bildirilir.