Bakı.Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri
Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac
tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən
edilib.
Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən
məlumat verilib.
<!—->
<!––>
Xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağac
kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev tərəfindən
qanunsuz həyata keçirildiyi məlum olub.
“Faktla bağlı qanun pozucusu Z.Əliyev barəsində protokol tərtib
edilib və o, 2200 manat məbləğində cərimələnib”.