Bakı. Günaydın:
Təbrizdə keçirilən mədəniyyət həftəsində çıxış edən İran
Prezidenti Məsud Pezeşkianın ana dilində şer oxuması vacib məqam
idi, çünki zalda şeiri bəyənəcək azərbaycanlılar əyləşmişdi. Eyni
zamanda bu, müxtəlif mədəniyyətləri özündə birləşdirən qədim
Azərbaycan şəhəri Təbrizin mədəniyyətini qeyd edən tədbirin bir
hissəsi idi.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış
eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq
polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin
şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və
İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji
Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın
nüfuzlu nəşrlərindən “Jerusalem Post”da dərc olunmuş “İran
prezidenti Pezeşkian mədəni zülmlə üzləşib” sərlövhəli məqaləsində
yazıb.
Qeyd olunub ki, əsrlər boyu Azərbaycan xalqının paytaxtı olmuş
Təbriz bu gün əhalisinin mütləq əksəriyyəti Azərbaycan Türklərindən
ibarət Güney Azərbaycanın mədəniyyət paytaxtıdır. Ərazisi inzibati
baxımdan İranın suverenliyi altında olmasına və fars dilinin burada
sərbəst şəkildə anlaşılmasına baxmayaraq, əhalisinin əksəriyyəti öz
ana dilində – azərbaycanca danışan Güney Azərbaycanın mədəniyyəti
vahid Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.
<!—->
<!––>
Yazıda Prezident Pezeşkianın mədəniyyət həftəsinin bağlanış
mərasimində çıxışı zamanı dramatik məqamın yaşandığı diqqətə
çatdırılıb. Belə ki Pezeşkian məşhur təbrizli şair, “Şəhriyar”
ləqəbi ilə tanınan Məhəmmədhüseyn Behcət Təbrizinin xatirəsini onun
Azərbaycan dilində qələmə aldığı “Heydərbabaya salam” poemasından
bir neçə misra iqtibas etməklə anıb. Həmin an mərasimi təşkil edən
rəsmilərdən biri dövlət başçısının çıxışını kəsərək ona şeiri
Azərbaycan dilində deməmək barədə xəbərdarlıq edib. Pezeşkianın
gülümsəyərək “Türkcə iki misra şeir oxumaqda problem yoxdur” cavabı
tamaşaçıların alqışına səbəb olub. İsrailli professor yazısında
İran prezidentinin söylədiyi misranı olduğu kimi – Azərbaycan
dilində tərcüməsi ilə əks etdirib.
Məqalədə tədbirin vaxtilə Təbrizə səfəri zamanı ona qoşulmuş
tamaşaçılarla birlikdə Azərbaycan dilində şeirlər oxumuş İranın
keçmiş Prezidenti Mahmud Əhmədinecadın səfərini xatırlatdığına da
diqqət çəkilib. Müəllif İranda Azərbaycan mədəniyyətinə həsr
olunmuş tədbirdə Prezidentə müdaxilə edilməyəcəyi halda tədbirin
diqqətdən kənarda qala biləcəyini də kinayə ilə vurğulayıb.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.jpost.com/opinion/article-844092