Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz
rayonu, Abulbəyli kəndində restoranda yanğın baş verməsi barədə
məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri dərhal əraziyə cəlb olunub.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində
vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
<!—->
<!––>
“Yanğın nəticəsində ümumi sahəsi 946kv.m. olan restoranın dam
örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan
ibarət arakəsmə 100kv.m. sahədə yanıb.
Restoranın böyük hissəsi yanğından mühafizə olunub”, – məlumatda
qeyd edilib.