Bakı. Günaydın:
AFFA-nın təşkilatçılığı ilə martın 16-da Lənkəranda 12 yaşadək
qızlar arasında “Bahar turniri” keçiriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə qurumun mətbuat xidməti məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq
turnirdə Lənkəranın 8 komandası mübarizə aparacaq. Komandalar
arasında qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçı
komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin
olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif
nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar
turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır.
Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat
tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması,
kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar
Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.