AOC şirkəti yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin bu yeni gaming monitoru AOC Q27G3H adlanır. Beləliklə bu yeni monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib 2560×1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekran 10 bit-lik rəngləri dəstəkləyir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə Adaptive-SYNC və AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC Q27G3H artıq Çində satışa çıxıb və onun qiyməti 158$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
