Bakı. Günaydın:
Ağstafa rayonunda aztəminatlı ailələrin mənzil şəraitləri
yaxşılaşdırılacaq.
Trend-in əldə
etdiyi məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) bununla
bağlı müvafiq işlərə başlayıb.
Belə ki, RİH rayonda bir qisim aztəminatlı ailələrin mənzil
şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materialları
alacaq.
<!—->
<!––>
RİH hazırda sözügedən işləri yerinə yetirəcək şirkət
axtarışındadır.
Qeyd olunan işlərin icrasının 101,5 min manata başa gələcəyi
proqnozlaşdırılır.