Bakı. Günaydın:
Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərində
Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəvi
olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL
sözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə
aviabiletləri əvvəlcədən əldə
etməyi tövsiyə edir.
Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması
ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez
satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun
uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə
aviabiletləri öncədən almaq məsləhət görülür.
<!—->
<!––>
Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq
ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil
tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.