Bakı. Günaydın:
Bərdə rayonunun Kətəlparaq kənd qəbiristanlığında yanğın
olub.
Trend-in yerli
müxbirinin məlumatına görə, yanğının səbəbi və kimlər tərəfindən
törədildiyi hələlik bilinmir. Hadisə nəticəsində bəzi qəbirlərə
ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
<!—->
<!––>
Eyni zamanda, FHN-dən Trend-ə bildirilib ki, yanğın nəticəsində
qəbiristanlıq ərazisində 160 kv.m sahədə quru ot, kol-kos və
qamışlıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.