Bakı. Günaydın:
2025-ci ilin mart ayının 5-də Milli Aviasiya Akademiyasının
(MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının
Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında
görüş keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, görüşdə
əməkdaşlıq haqqında 23 sentyabr 2020-ci il tarixində imzalanmış
Saziş çərçivəsində MAA və Prokurorluq arasındakı səmərəli
əlaqələri, kadr hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin
əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq
əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müvafiq razılıq
əldə olunub.
<!—->
<!––>
Memoranduma əsasən, Prokurorluq orqanlarının əməkdaşlarının
tədrisdə, MAA-nın professor-müəllim heyətinin isə Prokurorluğa
qəbul olunan və fəaliyyətdə olan əməkdaşlarının ixtisasartırma
prosesində iştirak etməsi, hüquqi və elmi maarifləndirmə
istiqamətində birgə təlim kurslarının, seminar və mühazirələrin
təşkili, “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsində təhsil
alan tələbələrin Prokurorluqda ictimai köməkçi (könüllü) qismində
işə, MAA-nın professor-müəllim heyətinin Prokurorluqda
qanunvericilik aktlarının hazırlanması prosesinə cəlb edilməsi
nəzərdə tutulur.