Bakı. Günaydın:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva
və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Birinci
vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu
Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə
şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül
dəstələri qoydular.
Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirildi.