Bakı. Günaydın:
Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulub.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
Autsayderlər qrupunda yer alan komandalar Sumqayıtda üz-üzə
gəlib. Şəhərin eyniadlı təmsilçisi “Kəpəz”i qəbul edib. Uzun
müddətdir qol vura bilməyən “Sumqayıt” uğursuz seriyaya son qoyaraq
öz meydanında 3:0 hesabı ilə qalib gəlib.
<!—->
<!––>
Turun son oyunu Bakıda baş tutub. Uğursuz mövsüm keçirən
“Neftçi” “Turan Tovuz” komandası ilə qarşılaşıb. Uzun müddət hesab
açılmasa da, son dəqiqələrdə komandalar fəallaşıblar. 88-ci
dəqiqədə meydan sahibləri hesabı açsa da, 90+4-cü dəqiqədə qonaq
komanda 1 xal qazanmağı bacarıb.
Qeyd edək ki, növbəti turun oyunları martın 14-16-da
keçiriləcək.