Bakı. Günaydın:
Abşeron rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Novxanı
kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan
ikimərtəbəli 7 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində ümumi
sahəsi 36 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan
əyşalar, ümumi sahəsi 12 m² olan dəhlizin lambirdən ibarət tavanı 4
m² sahədə və həyətdə “Hyundai” markalı minik avtomobilinin yanar
hissələri yanıb.
<!—->
<!––>
Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.