Google şirkətinin bu ilin ikinci yarısında qatlana bilən Pixel 10 Pro Fold smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə sözügedən qatlana bilən smartfonun ilk render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolardan da göründüyü kimi Pixel 10 Pro Fold smartfonu xarici görünüşcə keçən ilki Pixel 9 Pro Fold-dan heç də fərqlənməyəcək. Yeni smartfon həmin dizaynı əldə edəcəyi səbəbilə onu keçən ilki modeldən vizual səviyyədə fərqləndirmək mümkün deyil. Son məlumat sızıntılarına inansaq, Pixel 10 Pro Fold smartfonu Tensor G5 prosessoru vasitəsilə çalışacaq. Pixel 10 Pro Fold-un ölçüləri barəsində hələ heç bir məlumat olmadığı üçün onun gövdə qalınlığı mövzusunda digər qatlana bilən smartfonlarla nə dərəcədə rəqabət apara biləcəyini indidən söyləmək çətindir.



Mənbə: Android Headlines