Bakı. Günaydın:
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin
(FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Badamlı kəndində
vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsi
barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından
mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
<!—->
<!––>
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili
və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə
imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində 1650 kiloqram ot tayası, tayanın
üzərinə qurulan çardağın 60 kvadratmetr hissəsi yanıb, 600 kiloqram
ot bağlaması, çardağın 20 kvadratmetr hissəsi və 80 kvadratmetr
sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.