Bakı. Günaydın:
Suriyanın Cebla şəhərində keçmiş prezident Bəşər Əsədi
dəstəkləyən silahlı qruplarla toqquşmalarda Suriyanın yeni
hökumətinin Dövlət Təhlükəsizlik İdarəsinin ən azı 13 əməkdaşı
həlak olub.
Trend-in
məlumatına görə, bu barədə “Syria TV” televiziya kanalı xəbər
verib.
<!—->
<!––>
Qeyd olunub ki, Rusiyanın Xmeymim aviabazasının yaxınlığında
yerləşdiyi Cebla şəhərində Suriyanın yeni administrasiyasının
təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında silahlı
toqquşmalar hələ də davam edir.
Bundan əvvəl telekanal Cebldə dörd təhlükəsizlik qüvvələrinin
həlak olması barədə məlumat vermişdi.