Bakı. Günaydın:
Türkiyə 2025-cü ilin fevral ayında Azərbaycana sement ixracını
2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 7 milyon
99 min 27 dollara çatdırıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana
sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1
faiz azalaraq, 16 milyon 671 min 79 dollara bərabər olub.
<!—->
<!––>
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin
dünya bazarlarına sement ixracı 2024-cü ilin eyni ayı ilə
müqayisədə 4,6 faiz azalaraq, 640 min 22 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 321 min 456 dollar məbləğində
sement ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə
7,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025)
Türkiyə 4 milyon dollar məbləğində sement ixrac edib.