Bakı. Günaydın:
İspaniyanın “Barselona” komandasının futbolçuları UEFA
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında
Portuqaliya “Benfika”sını 3:1 hesabı ilə məğlub edib.
Trend-n məlumatına
görə, oyun “Barselona”nın meydanında baş tutub.
<!—->
<!––>
Meydan sahiblərinin qollarını Rafinya (11, 42-ci dəqiqə) və
Lamin Yamal (27) vurublar. “Benfika”nın yeganə qolunun müəllifi
Nikolas Otamendi (13) olub.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn “Barselona” turnirin 1/4
finalına yüksəlib.