Bakı. Günaydın:
Kiyev və Vaşinqton danışıqlar qruplarının işini bərpa edib,
Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü gələn həftə baş tuta
bilər.
Trend-in
məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski
deyib.
<!—->
<!––>
“Ukrayna və Amerika komandaları fəaliyyəti yenidən bərpa ediblər
və biz gələn həftə mənalı görüş keçirəcəyimizə ümid edirik”, – deyə
V.Zelenski bildirib.
Ötən gün ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals
bildirmişdi ki, Vaşinqton tərəflərin yeni görüşünün yeri, tarixi və
danışıqlar qrupunun tərkibi ilə bağlı Kiyev hakimiyyəti ilə dialoq
aparır. Lakin o, konkret tarixlər açıqlamayıb.