Bakı.Trend:
ABŞ administrasiyasının prezidenti Donald Tramp Mərkəzi
Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlarını kütləvi şəkildə qovmağa
başlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə ölkənin yerli KİV-ləri öz mənbələrinə istinadən
məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, söhbət ilk növbədə yeni işə götürülmüş, sınaq
müddəti başa çatmamış əməkdaşlardan gedir.
Qeyd edilir ki, son bir neçə il ərzində Mərkəzi Kəşfiyyat
İdarəsində işləyən işçilərin xidməti vəsiqələrini qurumun
mühafizəçilərinə təhvil vermələri tapşırılıb. İdarədən əməkdaşların
bir hissəsinin həqiqətən işdən azad edildiyi təsdiq edilsə də,
lakin rəqəmlər açıqlanmayıb.