Acer şirkəti böyük ölçülü yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Acer Predator X32 X2 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840×2160 piksel keyfiyyətli 31.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini və 2 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. Acer Predator X32 X2 iyun ayında satışa çıxacaq və onun qiyməti 999$ təşkil edəcək.
