Ağdərə. Trend:
Ağdərədə yük avtomobili dərəyə aşıb.
Trend-in yerli müxbirinin
əldə etdiyi məlumata görə, hadisə rayonun Umudlu kəndi ərazisində
baş verib.
Belə ki, daşla yüklü olan “KamAZ”markalı avtomobil hərəkətdə
olarkən idarəetməni itirərək yol kənarındakı dərəyə yuvarlanıb.
<!—->
<!––>
Qəza nəticəsində yük avtomobilinin sürücüsü özünü avtomobildən
atdığına görə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.