Bakı. Günaydın:
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam
edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün qadın
güləşində ilk medalçılar müəyyənləşib.
<!—->
<!––>
Əsmər Cankurtaran (50 kq) türkiyəli Songül Kavakla görüşü yüksək
səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz
bürünc medala sahib çıxıb.
Günay Qurbanova (59 kq) isə finalda italiyalı Aurora Russoyla
qarşılaşıb. U20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib
güləşçiylə görüşə daha inamlı başlayan Qurbanova ilk hissədə
qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı
dəyişməyib və 17 yaşlı Günay debüt etdiyi U23 Avropa çempionatının
qalibi olub.