Bakı. Günaydın:
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın
“Risklərin təhlili” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planına
əsasən texnoloji risklərə qarşı görüləcək tədbirlər açıqlanıb.
Trend bu
barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyadan
məlumat əldə edib.
<!—->
<!––>
Məlumata görə, 2025-ci ilin dekbarın 1-ə qədər Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi tərəfindən cinayətin obyekti, predmeti, alət
və ya vasitəsi qismində çıxış edən süni intellekt və ya əlaqəli
texnologiyalardan istifadənin mənfi nəticələrindən
(təzahürlərindən) biri kimi süni intellekt vasitəsilə cinayət
əməllərinin daha çox törədildiyi bank və telekommunikasiya
sektorlarında praktikada mövcud olan boşluqların (məsələn “fraud
management”, “fraud monitoring” sistemlərinin mövcud olub-olmaması)
müəyyən edilməsi istiqamətində təhlillərin aparılması və həmin
sektorlarda operatorlar tərəfindən müştərilərə təhlükəsizlik üzrə
əlavə zəmanətlərin (alətlərin) təqdim edilməsi ilə bağlı
təkliflərin Komissiyaya təqdim olunması nəzərdə tutulur.