Bakı. Günaydın:
İsveç ilk dəfə olaraq öz qırıcılarını Polşaya göndərməyi
planlaşdırır. Onlar NATO-nun şərq sərhədlərində hava məkanının
patrulunu həyata keçirəcək.
Trend ölkənin
yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveçin
Müdafiə Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Polşanın bazasına “Jas 39 Gripen” isveç
qırıcılarından ibarət qrup göndəriləcək. Onlar Şimali Atlantik
alyansın hava məkanını mühafizə edəcəklər.
“İsveç elan edir ki, bir neçə “JAS Gripen”qırıcısı göndərməklə
Polşada NATO-nun iki əməliyyatına töhfə vermək istəyir. Həmin
əməliyyatlar NATO-nun Ukraynadakı logistik dəstəyinin müdafiəsi və
Polşa üzərində hava məkanının patrulundan ibarətdir. Biz öz
müttəqiflərimizi və dostlarımızı qorumağa hazırıq”, – İsveçin
məlumatda müdafiə naziri Pol Yonsonun sözlərinə istinadən qeyd
olunub.