Bakı. Günaydın:
Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə
orqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davam
edir.
Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, ötən il
dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə
federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya
Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan
cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ibtidai istintaqın davam etdirilməsi Azərbaycan
Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə
edilib.
<!—->
<!––>
İstintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası
vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir
olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti
gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının
vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr
müəyyən edilib.
Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və
E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,
120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən
Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa
cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan
şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən illərdən bağlı
qalan cinayət işlərinin açılması istiqamətində beynəlxalq
əməkdaşlığı uğurla davam etdirir və xarici ölkələrin hüquq-mühafizə
orqanları ilə birgə effektiv istintaq tədbirləri həyata
keçirir.