Bakı. Günaydın:
“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi və “Azərbaycan
Rəqs Assosasiyası” birgə təşkilatçılığı ilə ötən həftəsonu Şəki
şəhər Heydər Əliyev Mərkəzində “Böyük Qafqaz” incəsənət və rəqs
müsabiqəsi baş tutub.
Trend
xəbər verir ki, müsabiqəyə həm paytaxt Bakıdan, həm də
respublikamızın digər regionlarından yüzlərlə istedadlı uşaq və
gənclər qatılıb.
Onlar uyğun yaş qruplarına bölünərək incəsənətin müxtəlif
növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri
incəsənət) üzrə öz performanslarını nümayiş etdiriblər.
“Böyük Qafqaz 2025” müsabiqəsinin ikinci yarısında isə rəqs
incəsənəti üzrə qatılan iştirakçılar Folklor Etnik, Folklor
Stilizasiya, Folklor Show, Dünya Xalqları Rəqsi, Hip-hop Show,
Akrobatik rəqs, Showdance, Bollywood, Klassik Hind rəqsi növləri
üzrə 3 hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar,
ansambl və böyük ansambl formasında çıxış ediblər.
Uğurlu müsabiqənin layihə rəhbəri, “Azərbaycan Rəqs
Asossasiyası”nın prezidenti Əziz Əzizov bildirib: “ Bu festival
uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması,
yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni
istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edir. Biz
uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik
etdiyimiz üçün çox şadıq”. Eyni zamanda, Əziz Əzizov çıxışlarına
görə bütün iştirakçılara, bədii rəhbərlərə və ədalətli seçimlərinə
görə dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.
<!—->
<!––>
Qeyd etmək lazımdır ki, müsabiqədə xüsusilə fərqlənən
iştirakçılar “GRAND PRİX” adı ilə mükafatlandırılıblar.
“Böyük Qafqaz 2025” kubokunun sahibi-GRAND PRİX mükafatına layiq
görünlən isə müsabiqə daxilində ən çox fərqli rəqs növündə
birincilik qazanmış komanda Bakı şəhərindən qatılmış Cavid
Məmmədovun bədii rəhbərliyi altında fəaliyyət göstərən “İnci” rəqs
ansamblı oldu və qalib komanda “Azərbaycan Çempionlar Liqası”nda
iştirak etməyə haqq qazandı.
Müsabiqədə rəqs incəsənəti üzrə öz çıxışları ilə fərqlənib
birincilik qazanan komandalar “Xəmsə”, “Gracia”, “Turan” və “Nur
dance” rəqs kollektivləri oldu.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az