Bakı. Günaydın:
Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat
hadisəsi baş verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, hadisə
Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetməni
itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna
çırpılıb.
<!—->
<!––>
Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü 2003
təvəllüdlü Tovuz Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını
dəyişib.
Faktla bağlı araşdırma aparılır.