Bakı. Günaydın:
Futzal üzrə Azərbaycan milli komandası “Avro-2026”nın əsas
mərhələsində növbəti oyununu keçirib.
Trend-in
məlumatına görə, beşinci qrupda yer alan Vitali Borisovun rəhbərlik
etdiyi kollektiv səfərdə Yunanıstanın qonağı olub. Afinada yerləşən
DAIS İdman Arenasında təşkil olunan görüş ev sahiblərinin 3:2
hesablı qələbəsi ilə yekunlaşıb.
<!—->
<!––>
Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə
edib.
Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk matç
2:2 hesablı heç-heçə ilə başa çatmışdı.