Bakı. Günaydın:
Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bununla
bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası
Komissiyanın həmsədri maliyyə naziri olub. Daha əvvəl bu vəzifəni
əmək və əhalinin sosial müdafiəsi naziri icra edib.
Bundan əlavə, Komissiyanın tərkibinə əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini də daxil edilib.