Bakı. Günaydın:
ABŞ-nin Kanada mallarına qarşı tətbiq etdiyi 25 faizlik gömrük
rüsumu fonunda Kanadanın bir sıra əyalətlərində Amerika istehsalı
olan spirtli içkilərin satışı dayandırılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
<!—->
<!––>
Məlumata görə, boykot aksiyası ABŞ şirkətlərinə on milyardlarla
dollar həcmində ziyan vuracaq.
Qeyd edilir ki, oxşar qadağalar Kanadanın başqa iri
əyalətlərində də qüvvəyə minib.