Bakı. Günaydın:
2025-ci ilin yanvar ayında Türkiyədə baş verən ümumi qəza sayı
46 min 689 olub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Baş Polis İdarəsindən məlumat
verilib.
İdarədən verilən məlumata görə, yanvar ayında avtomobil
sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların
sayı 40 min 835, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri
qəzaların sayı isə 5 min 854 olub.
<!—->
<!––>
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların
sayı 16 min 233, vəfat edənlərin sayı isə 119 nəfər təşkil edib.” –
deyə idarədən bildirilib.
Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 97
min 553 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə
törətdikləri qəzaların sayı 85 min 302, qeydiyyatda olduğu ərazidən
kənarda törədilən qəzaların sayı isə 12 min 251 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan
vətəndaşların sayı 35 min 629, vəfat edənlərin sayı isə 308 nəfər
təşkil edib.