Samsung yaxın zamanda Galaxy M seriyasının yeni smartfonunu təqdim etməlidir. Söhbət, Galaxy M56-dan gedir. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə məlumata əsasən Galaxy M56-nın sahib olduğu prosessor özündə 4 ədəd 2.7 GHz-li nüvəni və 4 ədəd 2.05 GHz-li nüvəni birləşdirir.

Çox güman ki, söhbət, Xclipse 530 qrafik çipinə sahib Exynos 1480 prosessorundan gedir. Qeyd etmək lazımdır ki, bu prosessor həmçinin keçən ilki Galaxy A55 smartfonunda da istifadə edilir. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, yeni smartfon qutudan Android 15 vasitəsilə çalışacaq. Beləliklə Galaxy M56 smartfonu Geekbench-in birnüvəli testi çərçivəsində 1153 xal, çoxnüvəli testi çərçivəsində isə 3456 xal toplayıb.