Bakı. Günaydın:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbrələrinin iştirakı ilə Xanoba kəndində səyyar qəbul
keçirib.
Trend
xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat
yayıb.
Mlumata görə, qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Xanoba, Yalama, Düztahiroba, Ortaoba,
Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kənd sakinlərinin müraciəti
dinlənilib.
<!—->
<!––>
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, daxili yolların
təmiri və örüş sahəsinin ayrılması ilə bağlı müraciətlər
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.