Bakı. Günaydın:
Xalq rəssamı Arif Hüseynovun əsərləri Parisdə nümayiş
etdiriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, aprel
ayının 4-də Fransada Azərbaycanın görkəmli incəsənət xadimi, xalq
rəssamı Arif Hüseynovun əsərləri sənətsevərlərə təqdim
ediləcək.
Dünyaşöhrətli rəssamların Parisdə təşkil ediləcək sərgisində
istedadlı həmyerlimizin də iki maraqlı əl işi –“Sevgililər” və
“Xoşbəxtlik quşu“ əsərləri sərgilənəcək.
<!—->
<!––>
Sərgi Türkiyənin “Saküder – Sanat ve Sanatkarlar Topluluğu
Kultur Derneği (Sakuder ART Gallery)” tərəfindən təşkil ediləcək.
Sərgi Fransanın Luvr muzeyində fəaliyyət göstərən, dünyanın mötəbər
sərgi salonlarından olan “PARİS ART SHOPPING CARROUSEL DU LOUVRE
SALON INTERNATIONAL D’ART CONTEMPORAIN”da baş tutacaq. Aprel ayının
7-nə qədər davam edəcək sərgidə eləcə də tanınmış türk rəssamı Asım
Yücesoyun, istedadlı fırça ustaları Günəş Abbas, Ayşe Gürpınar,
Bahar Quliyeva, Başak Eren, Cəmilə Əkbərova, Hüseyin Işık, Nazım
Məmmədov, Nihal Yalçın və digərlərinin də əsərləri nümayiş
etdiriləcək.
Onu da qeyd edək ki,”Sakuder ART Qallery” artıq ikinci ildir
ki,Arif Hüseynovun əsərlərini Fransada sərgiləyir. Ötən il rəssamın
”Leyli” və “Məcnun” əsəri sənətsevərlərə təqdim edilmişdi. Bu ilin
payızında ”Sakuder ART Qallery”nin təşkilatçılığı ilə İtaliyada
rəssamın növbəti sərgisi planlaşdırılır.